Gözəl mənzərəli mənzildə seçilmiş və sakit qonşularla yaşamaq üçün əla şans!
Abbas Mirzə Şərifzadə küçəsində, ATV telekanalının yaxınlığında yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində çox gözəl mənzərəsi olan yarı yelçəkən 2 otaqlı 80 m² mənzil satılır.
Mənzilin bir tərəfinin Yasamal gölünə açılan gözəl mənzərəsi, digər tərəfinin isə Şərifzadə küçəsinə açılan mənzərəsi var. Mənzil çox geniş, işıqlı və havalı otaqlardan ibarətdir. Mənzildə 2 geniş eyvan mövcuddur. Müasir kombi, istilik sistemi ilə təchiz olunub. Qaz, su və elektrik təchizatı 24 saat fasiləsizdir. Kondisioneri mövcuddur. Təmirdən sonra hündürlüyü 3.05 metr qalıb. Real hündürlüyü 3.20 metrdir.
Binanın 2 geniş və sürətli lifti, 24 saat mühafizə xidməti, kamera nəzarəti, damafonlu giriş qapıları mövcuddur.
Mənzilin bütün hüquqi sənədləri qaydasındadır, ipotekaya yararlıdır.
Qiymət: 230.000 Azn
Ofis haqqı: 1% (alıcıdan)
Ətraflı məlumat və evə baxmaq üçün zəng edin: